İrakli Kobaxidze Əbu-Dabidə "Eagle Hills"in təsisçisi Mohamed Alabar ilə görüşüb
İrakli Kobaxidze Əbu-Dabidə "Eagle Hills"in təsisçisi Mohamed Alabar ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünyanın ən böyük developer şirkətlərindən biri olan və Gürcüstana ən böyük – 6.6 milyard ABŞ dolları həcmində investisiya qoyan “Eagle Hills”in təsisçisi Mohamed Alabar ilə görüşüb. Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.

Onların məlumatına əsasən, görüş zamanı layihənin konkret aspektlərini müzakirə ediblər.

“Hökumət başçısı bir daha Gürcüstan tarixində ən böyük investisiya layihəsinin xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu, gürcü iqtisadiyyatının inkişafına yeni təkan verəcək.

“Eagle Hills”in layihəsi ilə Krtsanisi və Qonioda ən yüksək standartlara cavab verən infrastruktur yaradılır, bu Gürcüstan vətəndaşları, eləcə də Gürcüstanın qonaqları üçün ən yaxşı mühit təklif edəcək.

Layihə tikinti mərhələsində 24 mindən çox, tikinti başa çatdıqdan sonra isə 8 mindən çox iş yeri yaradacaq. Şirkətin siyasətinə əsasən, layihənin birbaşa icrasını gürcü tikinti şirkətləri həyata keçirəcək ki, bu da ölkədə biznes sektorun inkişafına töhfə verəcək. Layihənin Gürcüstan iqtisadiyyatına birbaşa təsiri 11 milyard lari olacaq” – rəsmi məlumatda deyilir.

Görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili iştirak edib.