İrakli Kobaxidze - Əbu-Dabi sammitində dayanıqlı iqtisadi inkişaf imkanlarının öyrənilməsini, Gürcüstanın təmiz enerji və innovasiyalar üzrə regional mərkəz kimi potensialını vurğulayacağıq
İrakli Kobaxidze - Əbu-Dabi sammitində dayanıqlı iqtisadi inkişaf imkanlarının öyrənilməsini, Gürcüstanın təmiz enerji və innovasiyalar üzrə regional mərkəz kimi potensialını vurğulayacağıq

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabinin Dayanıqlı İnkişaf Həftəsində iştirakına X sosial şəbəkəsində münasibət bildirir.

Hökumət başçısının sözlərinə əsasən, tədbirdə Gürcüstanın təmiz enerji, tranzit və innovasiyalar üzrə regional mərkəz kimi potensialı vurğulanacaq.

“Dayanıqlı inkişaf, təmiz enerji və innovasiyalar sahəsində qlobal forum olan Əbu-Dabinin Dayanıqlı İnkişaf Həftəsində iştirak edirəm. Tədbirdə dayanıqlı iqtisadi inkişaf imkanlarının öyrənilməsini və Gürcüstanın təmiz enerji, tranzit və innovasiyalar üzrə regional mərkəz kimi potensialını vurğulayacağıq” – baş nazir qeyd edir.