İrakli Kobaxidze Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi sammitində iştirak edəcək
İrakli Kobaxidze Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi sammitində iştirak edəcək

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin yanvarın 13-15-də ev sahibliyi etdiyi Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) sammitində iştirak edəcək. Hökumət Administrasiyasının mətbuat xidməti məlumatı yayır.

Sammit çərçivəsində Gürcüstanın hökumət başçısının əsas mövzusu Orta Dəhliz – Avropa və Asiyanı enerji vasitəsilə birləşdirmək olan tematik paneldə çıxışı planlaşdırılır.

Həmçinin, İrakli Kobaxidze səfər çərçivəsində iri investisiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək.

Əsas mövzusu əməkdaşlıq, investisiyalar və innovasiyalar olan Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi sammitində dövlət və hökumət başçıları, biznes liderləri, gənc innovatorlar və siyasətçilər iştirak edirlər.

Baş nazir Əbu-Dabiyə xarici işlər naziri Maka Bocorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, ədliyyə naziri Paata Salia və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu nümayəndə heyəti ilə birlikdə yola düşüb.