İrakli Kirtsxalia - Texniki hökumətdən danışmaq marazmdır, tragikomediyadayıq, Salome Zurabişvilinin bəyanatları konstitusiyaya ziddir, onun hərəkətləri prezident institutunu təhqir edir
İrakli Kirtsxalia - Texniki hökumətdən danışmaq marazmdır, tragikomediyadayıq, Salome Zurabişvilinin bəyanatları konstitusiyaya ziddir, onun hərəkətləri prezident institutunu təhqir edir

 
Texniki hökumətdən danışmaq artıq marazmdır, tragikomediyadayıq. Salome Zurabişvilinin bəyanatları konstitusiyaya ziddir və onun hərəkətləri prezident institutunu təhqir edir – bu haqda parlament çoxluğunun üzvü İrakli Kirtsxalia deyib.

Kirtsxalia bildirib ki, Salome Zurabişvilinin xartiyasını imzalayanların 99 faizi seçki səddini keçə bilməyəcək.

“Oktyabrın 26-da prezident sarayında “Milli Hərəkat”ın qərargahını açmalı olduğunu bəyan edən prezident adlandırılan insanla bağlı necə ciddi şərh verə bilərəm? Belə bir bəyanatı eşidəndə hansı adekvatlıqdan danışmalısan? Hardasa oturub bir-birinə yalan danışırlar, yəqin ki, çay-kofe içib texniki hökuməti aralarında bölüşdürürlər. Hansı texniki hökumətdən danışırlar, tədqiqatlara nəzər salsınlar. Xartiyaya imza atanların 99 faizi seçki səddini keçə bilməyəcək. “Milli Hərəkat”ın qərargahında, prezident sarayında oturub texniki hökuməti aralarında bölüşdürürlər. Təsəvvür edin ki, bu necə bir absurd teatrıdır və seçiciləri necə təhqir edirlər” – İrakli Kirtsxalia bildirib.