İrakli Kirtsxalia - Hökumət şəhəri və bütün təsisatların bir məhəllədə olması düzgün, əsaslandırılmış təcrübədir, hələ müzakirə aparılır və bazar araşdırması başlayıb
Hökumət şəhəri və bütün təsisatların bir məhəllədə olması düzgün və əsaslandırılmış təcrübədir – bu haqda “Gürcü Arzusu”nun icraçı katibi İrakli Kirtsxalia deyib.
Onun sözlərinə əsasən, bu baxımdan, hələ bazar araşdırması elan edilib.
“Parlament binasına heç bir etirazımız və tənqidimiz yoxdur. Baş nazir bəyanat verib, hələ bazar araşdırması elan edilib. Baş nazirin bəyan etdiyi siyasət xərclərin səmərəliliyi, optimallaşdırma və dövlət müəssisələrində işin effektivliyinin artırılmasıdır. İdeya ölkə büdcəsindən vəsaitin getməməsi, əksinə, orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün ciddi stimul olacaq investisiyalarla maliyyələşdirilən vahid mərkəzləşdirilmiş şəhər yaratmaqdır. Hələ müzakirə aparılır və bazar araşdırması başlayıb. Bu, heç bir variantda büdcəni yandırmamalıdır. Hökumət şəhəri və bütün təsisatların bir məhəllədə olması düzgün və əsaslandırılmış təcrübədir. Bu, müxtəlif ölkələrdə sınaqdan keçirilib. İdeya yaxşıdır. Optimallaşdırma və səmərəlilikdən danışarkən, bu, bir rayonda gözəl, müasir standartlara cavab verən hökumət şəhəri yaratmaq ideyasına birbaşa proporsional olaraq çevrilir” – Kirtsxalia bildirib.
“Əhalidən təcrid mi baş verir?” sualına Kirtsxalia qeyd edib:
“Hə, böyük bir hasar çəkməliyik, suyu bəndləyəcəyik və timsahları buraxacağıq, yaxşıyın, nə olar?”
Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə bildirib: “Eyni qiymətə yeni binalar tikə bilməyimiz üçün konkret qurumların binalarının özgəninkiləşdirilə biləcəyi planımız var, bu da iqtisadi fəaliyyəti ikiqat təmin edəcək”.