İrakli Kirtsxalia - Gürcüstan müharibəyə sürüklənmənin ən böyük riski ilə üzləşdiyi bir vaxtda müdafiə naziri ordunun vəsaitlərini mənimsəməkdə ittiham olunur, narahatedici faktdır
İrakli Kirtsxalia - Gürcüstan müharibəyə sürüklənmənin ən böyük riski ilə üzləşdiyi bir vaxtda müdafiə naziri ordunun vəsaitlərini mənimsəməkdə ittiham olunur, narahatedici faktdır

 

Gürcüstan müharibəyə sürüklənmənin ən böyük riski ilə üzləşdiyi bir vaxtda müdafiə naziri ordunun, Müdafiə Qüvvələrinin vəsaitlərini mənimsəməkdə ittiham olunur, narahatedici faktdır – bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxalia deyib.

O, ictimaiyyətin marağından irəli gələrək, istintaqın gedişatının mərhələli şəkildə məlum olacağını bildirib.

“Cənab Burculadzenin saxlanılmasına gəlincə, ilk növbədə, söhbətin sənin komandanın keçmiş üzvündən və yüksək vəzifə, xüsusilə müdafiə naziri vəzifəsini tutan insandan getməsi xoşagəlməz faktdır. Lakin digər tərəfdən, müdafiə nazirinə qarşı belə bir ittihamın olduğunu görmək ağlasığmaz faktdır. Ağlasığmazdır, çünki bu insanın müdafiə naziri vəzifəsini tutduğu dövr yaxşı yadımızdadır. Sözün həqiqi mənasında ölkəmizə açıq və kobud hücum edilirdi, sözün həqiqi mənasında təhlükə qarşısında idik və ölkənin xilas olması məsələsi gündəmdə dururdu. Bu gün də bu təhlükə heç yerə getməyib

Gürcüstan müharibəyə sürüklənmənin ən böyük riski ilə üzləşmişdi. Bu ən çətin dövrdə ölkəyə, bütün qurumlara, bütün vəzifəli şəxslərə təzyiq edilir, təkcə cənab Bidzina İvanişviliyə, o cümlədən istər icraçı hakimiyyət, istərsə də qanunverici hakimiyyət olsun komandamızın hər bir üzvünə edilən təzyiq yaxşı yadınızdadır. Belə bir vaxtda isə ölkənin müdafiə naziri vəzifəsini tutursan və ittihamda eşidirik ki, ordunun, Müdafiə Qüvvələrinin vəsaitlərini mənimsəməkdə ittiham edilir, narahatedici faktdır. Hüquqi tərəfə gəlincə, hamımız görürük ki, istintaq aparılır. Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqində deyilənləri bilirik, əminəm ki, ictimaiyyətin böyük marağından irəli gələrək, istintaqın gedişatını da, lazım olanı, mərhələli şəkildə ictimaiyyətə təqdim edəcəklər” – Kirtsxalia bildirib.

Məlumat üçün bildirək ki, DTX sabiq müdafiə naziri Cuanşer Burculadzeni saxlayıb.