İrakli Kadaqişvili - sənədin reviziyası alınmayacaq, kimsə arxasında Saakaşvili oturmuş ağ ata minmiş, qalib çıxmaq istəyir
İrakli Kadaqişvili - sənədin reviziyası alınmayacaq, kimsə arxasında Saakaşvili oturmuş ağ ata minmiş, qalib çıxmaq istəyir

Razılaşma başqa yolu nəzərdə tutmur. Razılaşma Avropa və onunla birlikdə Amerika təklif etdiyini nəzərdə tutur. Bu girovdur ki, məhbusluqdan tezliklə çıxsın. Sonra isə, amnistiya ki, Məhkəmədə bu işin icrası tamamilə dayandırılsın, – bu barədə Parlamentin Prosedur məsələləri üzrə Komitəsinin sədri, İrakli Kadaqişvili Nika Meliyanın həbsxanadan çıxması yolları barəsində söhbət edərkən bəyan etdi.

“Biz bu razılaşmaya sadiq qalacağıq və razılşamanın konkret müddəalarının yerinə yetirilməsi işini davam etdirəcəyik”, – Kadaqişvili qeyd etdi.

Onun dediyinə görə, Nika Meliya destruktiv siyasi gündəmin girovu oldu.

“Nika Meliya siyasi baxımından ağır vəziyyətə daxil olub. Meliya onun real lideri, Mixeil Saakaşvili və partiyasının ictimaiyyətə təklif etdiyi destruktiv siyasi gündəmin girovu olub. Bu gün məhz elə Nika Meliyanın özü çıxış yolunu taopmaqda çətinlik çəkir. Yoxsa bütün ictimaiyyət üçün, o cümlədən beynəlxalq partnyorlarımız üçün çıxış tapılıbdır. Siyasi amnistiya deməkdir ki, siyasi əlamətlə məsələnin həlli və başa çatdırlması baş verir. Sırf hüquqi baxımından getsək, Məhkəmə prosesini gözləməliyik. Amnistiya aktının qəbulundan sonra, onun həbsxana qapıları avtomatik olaraq açılır. Siyasi konsesus barəsində danışanda, bütün bu hadisələrin zəncirindən danışırıq və konkret hərəkətlərdən deyil. Söhbət hadisənin unudulması və siyasi vərəqlənmədən gedir. Sənədin reviziyası alınmayacaq, kimsə arxasında Saakaşvili oturmuş ağ ata minmiş, qalib çıxmaq istəyir.  Bunların hamısı belə qurulmayıb. Bu sənədin reviziyası heç bir təqdirdə alına bilməz”, – Kadaqişvili bəyan etdi.