İrakli Kadaqişvili - Sanksiyalar söz azadlığına birbaşa hücumdur, bizə deyirlər ki, Gürcüstanda yalnız onlara faydalı “Meynstrim” hökm sürməlidir
İrakli Kadaqişvili - Sanksiyalar söz azadlığına birbaşa hücumdur, bizə deyirlər ki, Gürcüstanda yalnız onlara faydalı “Meynstrim” hökm sürməlidir

 

“Imedi” və “POSTV” televiziya şirkətlərinə sanksiya tətbiq edilməsi söz azadlığına, mediaya birbaşa hücumdur. Böyük Britaniyanın təqdim etdiyi arqumentlər məhz təbliğat xarakteri daşıyır və reallıqla heç bir əlaqəsi yoxdur – bu haqda Parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili deyib.

Onun sözlərinə əsasən, qərar birbaşa ideoloji əhval-ruhiyyə ilə verilib.

“Bizə deyirlər ki, Gürcüstanda yalnız onlara faydalı “Meynstrim” hökm sürməlidir və cəmiyyətin müxtəlif fikirləri dinləmək hüququ olmamalıdır. Bu yanaşma həm suverenlik, həm də dünyagörüşü baxımından qəbuledilməzdir. Radikalların reaksiyası, bu müxalifətin ölkə daxilində hakimiyyətə gəlmək və ya həsrətini çəkdikləri çevriliş və inqilabı həyata keçirmək üçün heç bir dayağının olmadığının göstəricisidir. Əlbəttə, onlar üçün demokratiyaya kənardan bu cür hücumlar bataqlıqdan özünün çıxarmağın vasitəsi hesab olunur, lakin bu, onların müvəqqəti eyforiyası keçəcək və Gürcüstan adi inkişafını davam etdirəcək. Bütün bunları daxildən və ya xaricdən planlaşdıran hər kəsin bir neçə məqsədi var – Gürcüstanda fikir rəngarəngliyi olmasın. Yəni, biz əvvəlki rejim dövründəki vəziyyətə qayıdaq, o vaxtlar kanallardan birində deyilirdi – xəbərlər burada hazırlanır. Yəni, xəbərlər hansısa səfirlikdə və ya həqiqətən təbliğatçı mediada hazırlanmalıdır və bu, əhali üçün yeganə narrativ olmalıdır. Bu qədər səylərə baxmayaraq, Gürcüstanın sülhü qoruması və inkişaf yolunda olmasının bir növ qəbuledilməzlik olduğu aydındır. Biz bunun zədələndiyini açıq şəkildə görürük. Onların məqsədi gürcü xalqının həyat səviyyəsini bir şəkildə pisləşdirməkdir ki, bəlkə də inqilabi ssenarini işə salsınlar. Özlərinin dediyi kimi, onların yekun məqsədi Gürcüstanın Rusiyanı məğlub etmək siyasətində ön cəbhədə olmasıdır” – Kadaqişvili bildirib.