İrakli Kadaqişvili - Müxalifət və kənar qüvvələr tərəfindən bütün azadlıqlar vətəndaşların həyatı daim şantaj altında olması üçün istifadə edilib
Müxalifət və kənar qüvvələr tərəfindən bütün azadlıqlar vətəndaşların həyatı daim şantaj altında olması üçün istifadə edilib – bu haqda “Gürcü Arzusu”nun üzvü İrakli Kadaqişvili Gürcüstanın Birinci Kanalına deyib.
Kadaqişvilinin sözlərinə əsasən, bütün bunlar məqsədi cəmiyyətdə dağıntı, narazılığa səbəb olmaq və xalqa dövlətin onların maraqlarını qoruya bilmədiyini göstərmək olan planlaşdırılmış aksiyalardır.
“Onların cəhdi hakimiyyətin dağılması ssenarisinin həyata keçirilməsi üçün cəmiyyəti hazırlamaq idi. Hakimiyyət cəmiyyətə bu cür təzyiqin qarşısını almağa borcludur və ifadə azadlığı olanda məntiqi tarazlıq tapılmalıdır, lakin heç kimə dövləti parçalamaq imkanı verilməsin. Dövlət tərəfindən bütün qanunsuz hərəkətlərə qanuni cavab olacaq” – Kadaqişvili bildirib.