İrakli Kadaqişvili - Müxalifət xarici bəyanatlardan asılıdır, Brüsseldə bəyannamənin imzalanması onların gürcü millətinin maraqlarını təmsil etmədiklərinin növbəti nümayişidir
Müxalifətin Brüsseldə bəyannamə imzalaması onların gürcü xalqının maraqlarını təmsil etmədiklərinin növbəti nümayişidir. – Bu barədə Gürcüstanın Birinci Kanalına parlamentin prosedur məsələləri və reqlament komitəsinin sədri İrakli Kadaqişvili məlumat verib.
Kadaqişvilinin sözlərinə görə, müxalifət əvvəldən axıra kimi xarici ölkələrdən asılıdır.
“Müxalifət əvvəldən axıra qədər ancaq xarici ölkələrdən asılıdır. Oradan da heç bir şansı olmayan müxalifətə birtəhər oksigen vermək üçün bəyanatlar verilir. Ona görə də onlar xarici müraciətlərdən asılıdırlar. Onların tərəfdən Brüsseldə bəyannamənin imzalanması təbliğat gücünə malikdir. Bu, onların gürcü millətinin maraqlarının təmsilçisi deyil, xarici nümayəndə olduqlarının növbəti nümayişidir”, – deyə İrakli Kadaqişvili bildirib.
Məlumat üçün bildirək ki, altı müxalifət partiyası – “Milli Hərəkat”, “Qirç – Daha Azadlıq”, “Axal”, “Lelo”, “Droa”, “Strategiya Ağmaşenebeli” Brüsseldə müxalifətin birlik bəyannaməsini imzalayıb.