İrakli Kadaqişvili - Avropa Komissiyasının tədqiqatı da göstərir ki, Gürcüstanda dövlət institutları güclüdür, konkret nəticələrin daha da nəzərəçarpan olması və reytinqlərdə daha da irəlidə olmaq məqsədimizdir
Bütün tədqiqatlar göstərir ki, Gürcüstan yüksək inkişaf etmiş ölkədir, konkret nəticələrin daha da nəzərəçarpan olması və reytinqlərdə daha da irəlidə olmaq iddialı məqsədimizdir – bu barədə “Gürcü Arzusu”nun üzvü İrakli Kadaqişvili bildirib.
Kadaqişvili Avropa Komissiyası tərəfindən dərc edilmiş “Güclü İnstitutlar İndeksi”ni şərh edib, ona əsasən də Gürcüstan 100 faizlik qiymətləndirmə sistemi ilə 63% toplayıb və dünyada 34-cü yerə çıxıb. İnstitusional güc baxımından Gürcüstan Avropa İttifaqı üzvlüyünə bütün namizəd ölkələri, Avropa İttifaqı və NATO-ya üzv 13 dövləti geridə qoyur.
“Son tədqiqat da göstərir ki, dövlət institutları dayanıqlı, güclüdür. Dövlət institutlarının dayanıqlılığı və gücü nə deməkdir? Bu o deməkdir ki, ölkə əmin-amanlığı qoruyub saxlayır, insan hüquqları qorunur, kriminal vəziyyət nəzarət altındadır, səhiyyə, təhsil sahələrində bir çox sosial proqramlar həyata keçirilir, iqtisadiyyat inkişaf edir. İnsanların həyatı və ölkənin iqtisadi vəziyyəti irəliləyir. Məhz güclü dövlət institutları bu deməkdir. Korrupsiyanın azlıq dərəcəsi, şəffaflıq səviyyəsi keyfiyyəti ilə Gürcüstanın bütün dünyada liderliyi bu deməkdir. Nəticə etibarilə, bu konkret nəticələrdir, lakin bu konkret nəticələrin daha da nəzərəçarpan olması və reytinqlərdə daha da irəlidə olmaq iddialı məqsədimizdir” – Kadaqişvili bildirib.