İrakli Ğaribaşvilinin Ukraynaya rəsmi səfəri başladı

14:08, 21.08.2021

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin Ukraynaya rəsmi səfəri başladı. Lvov Beynəlxalq Aeroportunda Gürcüstan hökumət başçısını Ukraynalı həmkarı Denis Şmiqal, Ukrayna Müdafiə naziri Andrey Taran, nazirlər kabinetinin naziri Oleq Sadavoy, Ukraynanın Gürcüstandakı səfir İqor Dolqov və Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze qarşıladılar.

Gürcüstanın baş nazirinin şərəfinə ənənəvi mərasim təşkil edildi.

Gürcüstan hökumət başçısına Ukraynalı həmkarı bu gün Lvov şəhərində ev sahibliyi edir.

Sabahdan rəsmi görüşlər Kiyevdə keçiriləcək. İrakli Ğaribaşvili Ukrayna prezidenti Vladimer Zelenski, baş nazir Denis Şmiqal və Ali Radanın sədri Dmitro Razumkov ilə görüşəcək. Ğaribaşvili həmçinin Krım platforma sammitində iştirak edəcək. Burada da 40-dan artıq dövlət liderləri iştirak edirlər.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Xarici İşlər naziri David Zalkaliani, Müdafiə naziri Cuanşer Birculadze və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili daxildilər.

Oxşar