İrakli Ğaribaşvilinin sədrliyi ilə hökumətin iclası keçirilib

15:32, 26.04.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Hökumət Aparatında hökumətin iclası keçirilib. Hökumət aparatının mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin iclasının gündəliyinə altı məsələ müzakirə olunub.

Hökumətin sərəncamına əsasən, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının Gürcüstanda ləyaqətlə keçirilməsi məqsədilə “İdman infrastrukturunun inkişafı proqramı” çərçivəsində Tbilisi, Saquramo, Kutaisi, Tskaltubo, Kobuleti və Batumi şəhərlərində idman infrastrukturunun bərpasına başlanılacaq. Proqram dövlət büdcəsindən maliyyələşdiriləcək və onun smeta dəyəri 100 milyon laridir. Proqram çərçivəsində məşq meydançalarının yenidən qurulması-bərpa edilməsi, həmçinin yeni stadionların layihələndirilməsi-tikilməsi nəzərdə tutulur. Çempionat üçün mövcud olanlardan əlavə, ümumilikdə 12 infrastruktur obyekti təşkil olunacaq. Təlim meydançaları Tbilisi, Saquramo, Kutaisi, Tskaltubo, Kobuleti və Batumidə yerləşir. Proqramda nəzərdə tutulan layihə-tikinti işlərinə bu il də başlanacaq. Gürcüstan 21 iyun – 8 iyul 2023-cü ildə UEFA U-21 Avropa çempionatına ev sahibliyi edəcək.

Hökumət həmçinin dövlətə məxsus daşınmaz əmlakın birbaşa satışı şəklində özəlləşdirilməsi haqqında sərəncam imzalayıb ki, bu sərəncama əsasən, 28 fiziki şəxs simvolik qiymətə bir lari olmaqla, kənddəki faktiki evlərində mülkiyyətə verilərək leqallaşdırılacaq.

Oxşar