İrakli Ğaribaşvilinin məhkəməyəqədərki iclası oktyabrın 19-da keçiriləcək
Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvilinin məhkəməyəqədərki iclası oktyabrın 19-da saat 11:00-da keçiriləcək.
Bu haqda Tbilisi Şəhər Məhkəməsinin hakimi Pikria Sikturaşvili qərar qəbul edib.
İrakli Ğaribaşvilinin başqa bir işlə bağlı artıq həbsdə olması səbəbindən bugünkü prosesdə yalnız məhkəməyəqədərki iclasın tarixi müəyyənləşdirilib.
Avqustun 24-də prokurorluq İrakli Ğaribaşviliyə xüsusilə külli miqdarda rüşvət alma faktı üzrə yeni ittiham irəli sürüb.