İrakli Ğaribaşvili – zədələnmiş ağ üzüm üçün dövlət 80 tetri, qara üzüm üçün bir lari , əraziləri tamamilə məhv olanlar üçün hər hektara 3 min lari ödəyəcək

11:50, 30.08.2021

Baş nazir İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bəyan etdi ki, zədələnmiş ağ üzüm üçün dövlət 80 tetri, qara üzüm üçün bir lari , əraziləri tamamilə məhv olanlar üçün hər hektara 3 min lari ödəyəcək

Onun sözlərinə görə, dövlət lazım gələrsə, öz imkanları ilə üzüm bağını və ya meyvə bağını bərpa edəcək.

“Bildiyiniz kimi, bir neçə gün əvvəl Kaxetidə ağır fəlakət oldu, 5000 hektar ərazi su altında qaldı. Çox üzüm bağları, meyvə bağları zərər gördü. Mənim tapşırığımla baş nazirin müavini Levan Davitaşvili, eləcə də bölgə rəhbəri hadisə yerinə gəldi. Qubernatorlarla birlikdə operativ qərargah yaradıldı və problem yerindəcə həll edildi. Xüsusilə, zədələnmiş ağ üzüm üçün dövlət 80 tetri, Saperavidə qara üzüm üçün 1 lari, əraziləri tamamilə məhv olanlara isə hər hektara 3000 lari ödəyəcək. Həm də demək istəyirəm ki, üzüm bağı və ya meyvə bağı olan, bərpa etməli olanlar, dövlət öz hesabına bərpa edəcək, xalqımızın bu prosesdən mümkün qədər asan keçməsinə kömək edəcəyik” dedi Baş nazir.

Oxşar