İrakli Ğaribaşvili Yens Stoltenberq ilə görüşdü

14:57, 15.12.2021

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşdü.

Gürcüstan hökumət başçısını NATO-nun Brüsseldəki baş qərargahında alyansın baş katibi qəbul edib.

Görüş zamanı NATO-Gürcüstan münasibətlərinin gündəliyi və inteqrasiya istiqamətində atılan addımlar müzakirə edildi.

Baş nazir görüşdə əhalinin böyük əksəriyyətinin dəstəklədiyi NATO-ya üzvlüyün, Gürcüstanın xarici və təhlükəsizlik siyasətinin prioritet məsələsi olduğunu vurğuladı. Əsas diqqət Gürcüstanla Alyans arasında sıx əməkdaşlığa yetirildi.

Qeyd olundu ki, Gürcüstan NATO-ya üzv olmaq üçün bütün praktiki alətlərə malikdir və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı siyasi qərarın hazırlanması vacibdir.

Görüşdə xüsusilə qeyd edildi ki, bütün dövlətlərin öz xarici siyasət kursunu seçməkdə suveren hüququ var və Gürcüstanın NATO-ya inteqrasiyası prosesi məhz bu prinsipə əsaslanır.

Danışıqlarda Qara dəniz təhlükəsizliyi məsələlərində NATO-Gürcüstan praktiki əməkdaşlığı müzakirə edildi və xüsusilə ümumi Avroatlantik təhlükəsizliyin təmin edilməsində Qara Dəniz regionunun sabitliyinin vacibliyi vurğulandı.

Baş nazir NATO-nun baş katibinə və müttəfiqlərinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətinə güclü dəstəyə görə təşəkkürünü bildirdi. İrakli Ğaribaşvili Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində irəliləyişinin dəstəklənməsində Alyansın baş katibinin şəxsi səylərini xüsusilə qeyd etdi. Görüşün başa çatmasından sonra Gürcüstanın baş naziri və NATO-nun baş katibi birgə bəyanatlarla çıxış etdilər.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.

Oxşar