İrakli Ğaribaşvili - Xulo -Zarzma yolunun yenidən qurulması region üçün strateji əhəmiyyətə malikdir
İrakli Ğaribaşvili - Xulo -Zarzma yolunun yenidən qurulması region üçün strateji əhəmiyyətə malikdir

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Parlamentin sədri Kaxa Kuçava və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze ilə görüşüb.

Avtomobil Yolları Departamentinin rəhbəri Qiorqi Tsereteli, hökumət başçısına Küveyt Fondu tərəfindən maliyyələşdirilən yolun 42 km -lik hissəsində də işlərin başladığını bildirdi.

Batumi (Anqisa) – Axaltsixe avtomobil yolu layihəsi (Xulo -Zarzma) üç hissəyə bölünür. Ümumilikdə 47 kilometrlik yol və yeddi körpü yenidən qurulacaq. İki qatlı asfalt-beton örtüyü döşənəcək. Yenilənmiş Xulo-Zarzma yolu, Samtsxe-Cavaxeti və Acarıstan bölgələrini ən qısa yolla birləşdirəcək. Layihənin dəyəri təxminən 110 milyon lari təşkil edir.

Batumidən Axalstixeyə səyahət müddəti 1,5 saat azalacaq.