İrakli Ğaribaşvili Vladimir Zelenski ilə görüşdü
İrakli Ğaribaşvili Vladimir Zelenski ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ukrayna prezidenti, Vladimir Zelenski ilə görüşdü. Zelenski Gürcüstanda Batumi Beynəlxalq Konfransı – “Gürcüstanın Avropa Yolu” çərçivəsində səfərdə idi. Məlumatı hökumət admnistrasiyasının mətbuat xidməti yayır.

Tərəflər görüşdə Gürcüstan və Ukrayna arasında xüsusi dostluq və strateji partnyorluq barəsində shbət etdilər.

İrakli Ğaribaşvili Vladimir Zelenski bölgə təhlükəsizliyi məsələlərini və Qara Dəniz bölgəsində mövcud vəziyyəti müzakirə etdilər.

Hökumət administrasiyasının məlumatına görə, Gürcüstan baş naziri Ukrayna prezidentinə Ukrayna suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini təsdiq etdi və Ukrayna tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı  dəstəyinə görə minnətdarlığını bildirdi.