İrakli Ğaribaşvili və Nikol Paşinyan arasında telefon danışığı aparıldı
İrakli Ğaribaşvili və Nikol Paşinyan arasında telefon danışığı aparıldı

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili və Ermənistan baş naziri, Nikol Paşinyan arasında telefon danışığı aparıldı. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.

Həmkarlar Gürcüstan-Ermənistan əməkdaşlığının gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər.

Bundan başqa, Ermənistanın baş naziri oktyabrın 31-də Soçidə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin iştirak etdiyi üçtərəfli görüşün nəticələri barədə gürcü həmkarına məlumat verdi.

İrakli Öaribaşvili və Nikol Paşinyan həmçinin, bölgədə sıx əməkdaşlıq və cari məsələlər barədə fikir mübadiləsi apardılar.