İrakli Ğaribaşvili və İrakli Kobaxidze namizədlər və qərargah rəhbərləri ilə Raça-Leçxum Kvemo Svaneti və İmeretidə görüşəcəklər
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili və “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze bölgənin merliyinə namizədlər və qərargah rəhbərləri görüşlərini davam etdirirlər.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvili və İrakli Kobaxidze 23 oktyabrda Raça-Leçxum Kvemo Svaneti və İmeretinin 30 oktyabrda yerli özünüidarəetmə seçkilərinin ikinci turunun keçirildiyi munisipalitetlərini ziyarət edəcəklər.
Görüşlər merliyə namizədlər və seçki qəragahının rəhbərləri ilə Saqeridə, Sğaltuboda, Kutaisidə və Bağdatidə keçiriləcək.