İrakli Ğaribaşvili Ukraynada həlak olan Gürcüstan vətəndaşlarının ailələrinə başsağlığı verib
İrakli Ğaribaşvili Ukraynada həlak olan Gürcüstan vətəndaşlarının ailələrinə başsağlığı verib

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ukraynada həlak olan Gürcüstan vətəndaşlarının ailələrinə başsağlığı verib.

“Gürcüstan vətəndaşlarımızın ailələrinə başsağlığı vermək istərdim. Bu müharibə zamanı üç keçmiş hərbçi həlak olub. Məndə olan məlumata görə, onlar Abxaziya müharibəsində, bəziləri də avqust müharibəsində vuruşurdular. Təbii ki, dövlət onları Gürcüstana keçirmək üçün əlindən gələni etdi. Təbii ki, mən bir daha onların ailələrinə başsağlığı verirəm”, – İrakli Ğaribaşvili bildirib.