İrakli Ğaribaşvili Ukrayna üzrə yüksək səviyyəli beynəlxalq donorlar konfransında iştirak edib

16:44, 05.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polşa Respublikasına səfəri çərçivəsində bir sıra ölkələrin liderlərinin iştirak etdiyi “Ukrayna” Beynəlxalq Donorların Yüksək Səviyyəli Konfransında iştirak edib.

Gürcüstan hökumətinin başçısı yüksək səviyyəli konfransa ev sahibliyi edən Varşava Milli Stadionunda olub.

İrakli Ğaribaşvilini Polşanın Baş naziri Mateuş Moravetski və İsveçin Baş naziri Maqdalena Anderson qarşılayıb.

Yüksək Səviyyəli Beynəlxalq Donorlar Konfransı Polşa və İsveçin Baş nazirləri tərəfindən Avropa Şurası və Avropa Komissiyasının prezidentləri ilə birgə təşkil olunub.

Konfrans iştirakçıları Ukraynada davam edən hərbi əməliyyatların yaratdığı vəziyyətə nəzər salıb, humanitar və iqtisadi böhranın həlli yollarını müzakirə ediblər.

Konfransda Polşanın Baş naziri Mateuş Moravetski, İsveçin Baş naziri Maqdalena Anderson, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Layen çıxış ediblər. Konfrans iştirakçıları Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətini də dinləyiblər.

Yüksək səviyyəli konfransda İsveç, İspaniya, Ukrayna, Litva, Latviya, Albaniya, Xorvatiya, İslandiya, Slovakiya, Sloveniya və Norveçin baş nazirləri iştirak ediblər.

Hökumət başçısı konfrans zamanı xeyriyyə sessiyasında iştirak edən liderlərə müraciət edib. Sessiyada müxtəlif ölkələrin liderləri ilə yanaşı, beynəlxalq maliyyə institutlarının, Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin nümayəndələri iştirak edirlər.

Beynəlxalq Donorlar Konfransında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Beridze də iştirak ediblər.

Oxşar