İrakli Ğaribaşvili Tuşeti sərhədinin Omalo sektoruna baş çəkdi
İrakli Ğaribaşvili Tuşeti sərhədinin Omalo sektoruna baş çəkdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Tuşeti sərhədinin Omalo sektoruna baş çəkdi. Hökumət başçısı sərhəd sektorunun sərhədçiləri ilə görüşdü və onların iş şəraiti ilə yerində tanış oldu.

Baş nazir sərhədçilərə göstərdikləri xidmətə görə minnətdarlığını bildirdi və qeyd etsi ki, sərhədçilərin, polislərin və yanğınsöndürənlərin fəaliyyəti dağlıq rayonların əhalisi və dövlətin təhlükəsizliyi üçün ən böyük əhəmiyyət kəsb edir.

Gürcüstanın baş naziri ilə birlikdə baş nazirinin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Bölgə İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Ədliyyə naziri Rati Breqadze, Gürcüstan hökuməti administrasiyasının rəhbəri Revaz Cavelidze, Gürcüstan hökumətinin bölgələrlə əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kaxeti qubernatoru İrakli Şioşvili, Axmeta ​​meri Aleksi Fisxelauri, deputat Davit Sonğulaşvili, Kaxeti Polis Departamentinin direktoru Giorgi Aladaşvili və Abba Alaverdeli Metropolit Daviti.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.