İrakli Ğaribaşvili – Türkmənistan prezidenti ilə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdik

12:47, 20.07.2022

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkmənistan prezidenti, Serdar Berdiməhəmmədovla görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verir.

Gürcüstan hökumətinin başçısı yazır ki, Türkmənistan prezidenti ilə görüşündə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlari müzakirə etdilər.

“Türkmənistan prezidenti, Serdar Berdiməhəmmədovla səmərəli söhbətim oldu. Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdik. Gündəliyimizin əsas prioriteti qarşılıqlı faydalı məqsədlərə nail olmaq üçün, Gürcüstanın strateji yerləşməsinin potensialından istifadəni nəzərdə tutan layihələrin dəstəklənməsidir”, – İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.

Oxşar