İrakli Ğaribaşvili - Türkmənistan prezidenti ilə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdik
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkmənistan prezidenti, Serdar Berdiməhəmmədovla görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verir.
Gürcüstan hökumətinin başçısı yazır ki, Türkmənistan prezidenti ilə görüşündə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlari müzakirə etdilər.
“Türkmənistan prezidenti, Serdar Berdiməhəmmədovla səmərəli söhbətim oldu. Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdik. Gündəliyimizin əsas prioriteti qarşılıqlı faydalı məqsədlərə nail olmaq üçün, Gürcüstanın strateji yerləşməsinin potensialından istifadəni nəzərdə tutan layihələrin dəstəklənməsidir”, – İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.