İrakli Ğaribaşvili Türkiyə prezidentini milli bayram münasibətilə təbrik edir

13:56, 29.10.2022

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkiyə prezidentini, Rəcəb Tayyib Ərdoğanı milli bayram münasibətilə təbrik edir. Bu barədə Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.

“Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə təbrik edirik. Türkiyəyə və xalqına firavanlıq arzulayıram. Mən şadam ki, bizim belə etibarlı dostumuz və strateji partnyorumuz var. Əminəm ki, Gürcüstan-Türkiyə münasibətləri növbəti illərdə daha da möhkəmlənəcək”, – Ğaribaşvili yazır.

Oxşar