İrakli Ğaribaşvili - Temur Çxeidzenin vəfatı ilə bağlı dərin kədərimi bildirirəm, gürcü mədəniyyəti tarixində o, görkəmli şəxsiyyət kimi qalacaq
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili gürcü rejissor Temur Çxeidzenin vəfatından kədərləndiyini ifadə edir.
Hökumət başçısı Temur Çxeidzenin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və onlara həmrəyliyini ifadə edir.
“Temur Çxeidzenin vəfatı ilə bağlı dərin kədərimi bildirirəm. Cənab Temur bənzərsiz dəst-xətti ilə yaradılmış, dərin humanizmlə hopmuş pyeslər bir çox tamaşaçı nəsilləri tərəfindən sevilərək dünya teatr sərvətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Gürcü mədəniyyəti tarixində o, görkəmli şəxsiyyət kimi qalacaq.
Bu çətin dəqiqələrdə Temur Çxeidzenin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və onlara həmrəyliyini ifadə edirəm”, – baş nazir qeyd edir.
Rejissor Temur Çxeidze 78 yaşında vəfat etdi.