İrakli Ğaribaşvili - sosial cəhətdən müdafiəsiz uşaqların yardımı bu gündən daha da artır və 150 larini təşkil edir, balacalarımıza və onların ailələri sülh, sağlamlıq və firavanlıq arzulayıram
İrakli Ğaribaşvili - sosial cəhətdən müdafiəsiz uşaqların yardımı bu gündən daha da artır və 150 larini təşkil edir, balacalarımıza və onların ailələri sülh, sağlamlıq və firavanlıq arzulayıram

Övladlarımızın daha yaxşı gələcəyinin qayğısına qalmaq, onların inkişafı, sağlamlığı, tamhüquqlu vətəndaş kimi yetişməsi üçün şərait yaratmaq Gürcüstanın gücünün ilkin şərti və deməli, hakimiyyətimizin ən əsas vəzifəsidir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Hökumət başçısının sözlərinə görə, hakimiyyətə gələndən sonra bu istiqamətdə bir sıra islahatlar və layihələr həyata keçirildi.

“Ötən il biz sosial cəhətdən müdafiəsiz uşaqların yardımını ikiqat etdik; bu gündən yardım daha da artıq və 150 larini təşkil edir. Proqram 215 000-dən çox uşağa şamil olunacaq və bunun üçün dövlət 341 milyon lari ayıracaq. Uşaq yoxsulluğunun azaldılması və onların inkişafının təmin edilməsi istiqamətində səylərimiz davam edəcək və gücləndiriləcəkdir.

Balacalarımıza və onların ailələri sülh, sağlamlıq və firavanlıq arzulayıram”, – baş nazir qeyd edir.

 

Şərh yaz