İrakli Ğaribaşvili sərhədçiləri sərhəd qüvvələri peşə günü münasibətilə təbrik edir
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili sərhədçiləri sərhəd qüvvələri peşə günü münasibətilə təbrik edir.
Hökumət başçısının bəyan etdiyinə görə, ən çətin, məsuliyyətli və eyni zamanda şərəfli missiyadr ki, ölkənin keşiyində durasan və yurdunu qoruyasan.
“Sərhədçilərimizi sərhəd qüvvələri peşə günü münasibətilə təbrik edirəm. Ən çətin, məsuliyyətli və eyni zamanda şərəfli missiyadr ki, ölkənin keşiyində durasan və yurdunu qoruyasan. Dövlətimizin təhlükəsizliyi, millətimizin təhlükəsizliyi məhz elə sərhədçilərimizin cəsarətliyi və vətənpərvərliyi üzərində durur. Onlara təşəkkürümü bildirmək istəyirəm ki, öz vətənlərinə fədakarlıq və sədaqətlə xidmət edirlər. Hər bir sərhədçini bir daha təbrik edirəm! Sülh, uğurlar və tərəqqqi arzulayıram!”, – Ğaribaşvili qeyd edir.