İrakli Ğaribaşvili şahmatçı, Nona Qaprindaşvilini 80 illik yubileyi ilə təbrik edir
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili şahmatçı, Nona Qaprindaşvilini 80 illik yubileyi ilə təbrik edir.
“Əfsanəvi gürcü şahmatçısı, Nona Qaprindaşvilini 80 illik yubileyi münasibətilə ilə təbrik edirəm. Xanım Nonanın xüsusi istedadı və fədakar zəhməti ölkəmizə bir sıra uğur gətirdi, onun adı yalnız qələbə ilə bağlıdır və hər bir gürcünü milli fəxr hissi ilə doldurur.
Dünyanın böyük şahmatçısı və Gürcüstanın həqiqi vətənpərvərinin tövhəsi ictimaiyyətimiz tərəfindən böyük sevgi bə xüsusi hörmətlə dəyərləndirilib.
Xanım Nonanı doğum günü münasibətilə bir daha təbrik edirəm və ona sağlamlıq, uzunömürlük və qələbə arzulayıram”, – İrakli Ğaribaşvili “feysbuk” soial şəbəkəsində yazır.