İrakli Ğaribaşvili – Saqeridə namizədimizin cəmi 45 səsi çatmadı, bu isə, onun klassik nümunəsi və sübutudur ki, “Gürcü Arzusu” seçkiləri nə qədər təmiz və şaffaf keçirir, inanıram o, qəti qələbə qazanacaq

12:49, 23.10.2021

Bu gün bizim Saqeri seçki qərargahı üzvləri ilə, partiyamızla görüşümüzü var idi, bizim layiqli namizədimiz var, Giorgi Nemsadze, hansı da böyük üstünlüklə qələbə qazanacaq, – bu barədə baş nazir, İrakli Ğaribaşvili jurnalistlərə Saqeridə bəyan etdi.

Hökumət başçısının dediyinə görə, namizədin birinci turda cəmi 45 səsi çatmadı, bu isə, onun klassik nümunəsi və sübutudur ki, “Gürcü Arzusu” seçkiləri nə qədər təmiz və şaffaf keçirir.

“Xatırlayaq “Milli Hərəkat” hakimiyyətdə olduğu dövrdə nə cür seçkilər keçirirdi, öz seçicisinə bir başa terror aktını həyata keçirirdi. Mən Xurçanın üzdəniraq terror aktını xatırdadım, hansını da özləri qurdular və seçicimiz xəsarət aldı, qadınlardan biri yaralandı.  Onlar seçkiləri bu cür keçirirdilər. Namizədimizin cəmi 45 səsi çatmadı. Təsəvvür edin nə qədər şəffaf və demokratik seçkilər keçirdik, həqiqətən nümunəvi və həqiqi Avropa standartlar ilə. Bundan irəli gələrək, namizədimiz Giorgi qəti qələbə qazanacaq və inanıram, Saqeri əhalisi düzgün seçim edəcək. Bizim bütün munisipalitetlərdə səfərbərliyimiz var ki, hər yerdə böyük üstünlüklə qələbə qazanaq və heç bir təxribatçıya ölkəni gərginlşdirməyə və ölkəyə xaos daxil etməyə imkan verməyək”, – Ğaribaşvilii bəyan etdi.

 

Oxşar