İrakli Ğaribaşvili Reykyavik sammiti çərçivəsində, dəyirmi masa formatında keçirilən diskussiyada iştirak etdi
İrakli Ğaribaşvili Reykyavik sammiti çərçivəsində, dəyirmi masa formatında keçirilən diskussiyada iştirak etdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə “Dünya bizi risklər, dözümlülük və sədaqətlik üzərində sınadığı zaman demokratiyanı necə təmin etmək olar” mövzusunda dəyirmi masada iştirak etdi.

Gürcüstan hökumətinin başçısı dünyanın üzləşdiyi çağırışlardan və onların həlli zərurətindən danışdı.

Baş nazirin qeyd etdiyi kimi, mövcud çağırışlara baxmayaraq, Gürcüstanda demokratiya davamlıdır, çünki ölkə demokratiyanın əsasını təşkil edən dəyərlərə – azadlıq, bərabərlik və qanunun aliliyinə sadiqdir.

İrakli Ğaribaşvili hökumətin demokratik təsisatların və insan hüquqlarının qorunması istiqamətində gördüyü səylərdən danışdı və qeyd etdi ki, bu səylər Gürcüstana namizəd statusunun verilməsi üçün müəyyən edilmiş 12 prioritetlə tam uyğundur və Gürcüstanın bu sahədə artıq əldə etdiyi xüsusi irəliləyişlərdir, bu mövzuda Avropa İttifaqından müvafiq cavab tələb olunur.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.araz