İrakli Ğaribaşvili rəsmi görüşlərini bu gün Kiyevdə keçirəcək
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin Ukraynaya rəsmi səfərdədir. Ğaribaşvili artıq Kiyevdədir. Borispol Beynəlxalq Aeroportunda Gürcüstan hökumət başçısını Ukrayna baş nazir müavini, Aleksey Reznikov və Ukrayna Xarici İşlər nazirinin müavini, Vasil Bodnar qaşıladılar.
Gürcüstanın baş naziri Kiyevə lvovdan getdi. Lvovda Ğarbaşviliyə Ukraynalı həmkarı, Denis Şmiqal ev sahibliyi etdi.
Rəsmi görüşlər bu gün Kiyevdə keçiriləcək. İrakli Ğarubaşvili Ukrayna prezidenti Vladimer Zelenski, baş nazir Denis Şmiqal və Ali Radanın sədri Dmitro Razumkov ilə görüşəcək.
Ğaribaşvili həmçinin 23 avqustda, Krım platforma sammitində iştirak edəcək. Burada da 40-dan artıq dövlət liderləri iştirak edirlər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.