İrakli Ğaribaşvili – Rəcəb Tayyib Ərdoğanı təbrik edirik, ona dost xalqımızın lideri kimi dinc, sabit və uğurlu fəaliyyət arzulayırıq

10:41, 04.06.2023

Rəcəb Tayyib Ərdoğanı təbrik edirik, ona dost xalqımızın lideri kimi dinc, sabit və uğurlu fəaliyyət arzulayırıq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitterdə” yazır.

“Onun güclü rəhbərliyi altında Türkiyə ilə Gürcüstan arasında mövcud strateji partnyorluğunun daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, – İrakli Ğaribaşvili yazır.

Gürcüstanın hğkumət başçısı Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdi.

Oxşar