İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

13:06, 03.06.2023

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkiyə Respublikasına yola düşdü. Bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.

Elə onların məlumatına görə, hökumət başçısı Ankarada Türkiyə Respublikasının seçilmiş prezidenti, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğan yerli vaxtla saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içərək yeni prezidentlik müddətinə başlayacaq. O, mandatı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri, Dövlət Bahçelidən alacaq.

Ərdoğan and içdikdən sonra saat 15:00-da Mustafa Kamal Atatürkün məqbərəsinin yerləşdiyi Anıtqəbir kompleksini ziyarət edəcək. Sonra, saat 17:00-da prezident kompleksində andiçmə mərasimi başalayacaq. Mərasimdən sonra Ərdoğan yerli vaxtla saat 19:00-da qonaqları şam yeməyində qəbul edəcək.

Ərdoğanın andiçmə mərasimində 78 ölkədən yüksək səviyyəli rəsmilər iştirak edəcək.

Oxşar