İrakli Ğaribaşvili regional tur çərçivəsində bu gün Quriyaya səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Nazirlər Kabinetinin üzvləri ilə birlikdə regionda onun təşəbbüsü ilə həyata keçirilən “Yenilənmiş regionlar” proqramı çərçivəsində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə tanış olacaq.
Saat 12:15-də hökumət başçısı Lançxuti şəhərinin mərkəzində “Yenilənmişregionlar” proqramı çərçivəsində aparılan bərpa işləri ilə tanış olacaq.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.