İrakli Ğaribaşvili Qətərin yüksək səviyyəli iqtisadi forumuna gedib

13:36, 20.06.2022

Baş nazir İrakli Ğaribaşvili illik Qətər İqtisadi Forumunda iştirak edəcək. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvilinin başçılıq etdiyi Gürcüstan nümayəndə heyəti forumda iştirak etmək üçün bu gün yola düşüb.

Baş nazirin ikitərəfli, yüksək səviyyəli görüşləri planlaşdırılır. Səfər çərçivəsində Gürcüstanın baş nazirinin müvafiq panel müzakirəsində çıxışı da nəzərdə tutulub.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, hökumətin başçısı Revaz Cavelidze və Acarıstan Muxtar Respublikasının sədri Tornike Rijvuliya daxildir. Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Oxşar