İrakli Ğaribaşvili - Qaxariya ilə bağlı dəyərləndiməmi artıq etdim, Kaxa Kaladze layiqincə qalib gələcək, əhali həmişə sədaqətliyi və xəyanəti, həqiqəti və yalanı seçir
İrakli Ğaribaşvili - Qaxariya ilə bağlı dəyərləndiməmi artıq etdim, Kaxa Kaladze layiqincə qalib gələcək, əhali həmişə sədaqətliyi və xəyanəti, həqiqəti və yalanı seçir

Qaxariya ilə bağlı dəyərləndiməmi artıq etdim, kim harada öz namizədliyini irəli sürəcək, kim kimlə görüşəcək, bu həmin insanın qərarıdır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili jurnalistlərə Zestaponidə bəyan etdi.

Hökumət başçısının dediyinə görə, Kaxa Kaladze və Giorgi Qaxariyanın görüşü barəsində dünən açıqlamalar verildi, görüş barəsində Kaxa Kaladze, partiya rəhbərliyi də söhbət etdi, buna görə də baş nazir hesab edir ki, məsələ ətrafında sual işarələri olmamalıdır.

“Düşünürəm sual mövcud deyil, maraqlandırmır kim nə tələb edirdi, hamının hərəkətinə 2 oktyabrda cavab veriləcək. Şanslar bu cürdür – sözsüz ki, Kaxa Kaladze layiqincə və qəti qələbə qazanacaq. Əhali həmişə yaxşı və pisi, sədaqətliyi və xəyanəti, həqiqəti və yalanı seçir”, – baş nazir bəyan etdi.