İrakli Ğaribaşvili Polşa Respublikasına gedib

16:58, 04.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polşa Respublikasına gedib.

Səfər çərçivəsində İrakli Ğaribaşvili Avropa Şurası və Avropa Komissiyasının prezidentlərinin tərəfdaşlığı ilə Polşa və İsveç baş nazirlərinin birgə ev sahibliyi edəcəyi “Ukrayna” Yüksək Səviyyəli Beynəlxalq Donorlar Konfransında iştirak edəcək.

Baş nazir İrakli Ğaribaşvili konfrans çərçivəsində planlaşdırılan xeyriyyə sessiyasında iştirak edəcək. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini səfərdə xarici işlər naziri İliya Darçiaşvili müşayiət edir.

Oxşar