İrakli Ğaribaşvili – Polis fəal işləyir, bütün şəxslər müəyyənləşdiriləcək, dünən jurnalistlərə zorakılıq tətbiq edənlər cəzalandırılacaq

12:08, 06.07.2021

Polis fəal işləyir, bu gün üç nəfər, dünən bir neçə nəfər saxlanıldı, – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

Baş nazirin qeyd etdiyi kimi dünən Rustaveli prospektində baş verənlər qınanmalıdır.

“Əvvəlcə sizə demək istəyirəm ki, dünən gördüyümüz şiddət mənim üçün tamamilə qəbuledilməzdir. Bu həqiqəti açıq şəkildə qınamaq istəyirəm. Dünən baş verənlər qətiliklə qəbuledilməzdir. Jurnalistlərə qarşı şiddət qəbuledilməzdir və qınanılmalıdır. Polis fəal işləyir, bu gün üç nəfər, inzibati qaydalara əsasən dünən bir neçə nəfər saxlanıldı. Bütün şəxslər müəyyən ediləcək və bunu edənlər cəzalandırılacaq ”, – dedi İrakli Ğaribaşvili.

Rustaveli prospektində və ətraf ərazilərdə Tbilisi Pride əleyhdarları dünən İctimai Yayımçının operatoru İlia Tvaliaşvilinin də daxil olduğu müxtəlif media orqanları nümayəndələrini yaralayaraq jurnalistlərə və operatorlara qarşı aqressiv hərəkətlər etdilər.

Rustaveli prospektindəki mitinq zamanı Daxili İşlər Nazirliyi, peşə fəaliyyətlərinə qanunsuz maneə törətdiklərinə və zorakılıqla hədələdiklərinə görə bir neçə nəfəri saxladı.

Oxşar