İrakli Ğaribaşvili - ölkədə sülhün, sabitliyin olması və iqtisadiyyatımızın inkişafı üçün əlimizdən gələnin maksimumunu edəcəyik
Ölkədə sülhün, sabitliyin olması və iqtisadiyyatımızın inkişafı üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Bu, mənim əsas məqsədimdir, – bu barədə Gürcüstan hökumətinin başçısı Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar həlak olmuş qəhrəmanların xatirəsini əklillərlə bəzədiyi Muxatqverdidə bildirib.
Onun sözlərinə görə, satqınların Gürcüstanda ikinci cəbhə yaratmaq planı iflasa uğrayıb və həmişə iflasa uğrayacaq.
“Bu müharibəni ölkəmizdən dəf edə bilməyən xainlərin ölkənin ikinci cəbhə olması üçün əsas cəhdi və planı iflasa uğradı və həmişə də iflasa uğrayacaq. Bundan sonra dünyada, Gürcüstanda analoqu olmayan iqtisadi artımın olduğunu gördülər, heç bir ölkədə belə bir tərəqqi yoxdur, belə demək mümkündürsə, məqsədlərinə çatmadıqları üçün, ikinci cəbhəni Gürcüstana keçirə bilmədiklərindən, yenə vətəndaşlarımıza bir şəkildə zərər vermək istəyirlər. Turizmə, Gürcüstana turist axınına mane olmaq istəyərkən bu kimə təsir edəcək? – Ölkəmizə, iqtisadiyyatımıza, xalqımıza, vətəndaşlarımıza təsir edəcək. Ölkədə sülhün, sabitliyin olması və iqtisadiyyatımızın inkişafı üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Bu, mənim əsas məqsədimdir”- deyə baş nazir bildirib.