İrakli Ğaribaşvili növbəti məktubunu yayır

20:43, 01.09.2026

Düşünürəm ki, ictimaiyyət artıq mənim tərəfimdən dərc olunmuş məktubun həqiqi olduğuna və orada göstərilən faktların həqiqətə uyğun olduğuna əmin oldu. Mamuka Mdinaradze bu işdə o qədər ağır və kobud səhvlər buraxdı ki, bu, yalnız onun vəzifədən azad edilməsinə deyil, həm də siyasətdən getməsinə səbəb oldu – bu barədə Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili tərəfindən sosial şəbəkədə yayılan növbəti paylaşımda qeyd olunur.

Ğaribaşvilinin qeyd etdiyi kimi, “Mdinaradzenin siyasətdən kənarlaşdırılması onun və İrakli Kobaxidzenin iştirakı ilə ölkəyə, insanlara və “Gürcü Arzusu”na vurulan son dərəcə ağır və bərpaolunmaz ziyanı silə bilməz”.

“İctimaiyyət üçün bir daha izah edirəm, mənə göndərilən məktubun jurnalist Dito Çubinidze, İrma İnaşvili və onların fəallığı səbəbindən yaranan qavrayışlar və şübhələrdən bəhs olunduğu birinci bəndində nəyi nəzərdə tuturdular. Bu məsələ ilə bağlı xanım İrma İnaşvili özü izah etdi ki, mənim onların siyasi və ya jurnalist fəaliyyəti ilə heç bir əlaqəm olmayıb və yoxdur. Bir neçə gün əvvəl tamamilə təsadüfən dəhşətli bir faktı öyrənməsəydim, bəlkə də jurnalist Dito Çubinedzenin məqalələri haqqında ümumiyyətlə heç nə deməzdim. Məhz buna görə də, hakimiyyət tərəfindən mənə göndərilən məktubla və bu ilin fevral ayında baş vermiş faktla birbaşa əlaqəli olan əlavə məlumatı ictimaiyyətlə bölüşmək qərarına gəldim.

Fevralın 12-də Kobaxidze və Mdinaradzenin tapşırığı ilə mənə 2026-cı ilin 2 fevral tarixli “Asaval-Dasavali” qəzetinin məqaləsini göndərdilər. Qeyd olunmuş məqalədə jurnalist Dito Çubinidze keçmiş hüquq müdafiəçisi Lazare Corbenadzedən müsahibə alır. Məqalə əsasən Kobaxidzenin tənqidinə və ona qarşı irəli sürülən ağır ittihamlara həsr olunmuşdu.

Mənə tamamilə yalnış qavrayışa əsaslanan şübhənin ifadə olunduğu iddialı ismarıc çatdırdılar — bəhsi keçən məqalənin arxasında mən durmurdum ki? Digər təfərrüatları bilərəkdən yazmıram, lakin əsas ittiham və iddia məhz o idi ki, bu cür tənqidi məqalələrin arxasında mənim izimi görürdülər.

Mənim reaksiyam, əlbəttə ki, son dərəcə mənfi oldu və onlara xəbər göndərdim ki, bənzər suallar və iddialarla yanıma bir daha gəlməsinlər, bu cür sifarişli məqalələr mənim dəst-xəttim deyil və onlar üçün xarakterikdir. Sonradan bu tənqidi ittihamlar “Obiektivi” televiziya şirkətinin efirində də tez-tez təkrarlanırdı. İndi artıq mənim üçün mənzərə aydındır və bütün məsələlərə cavab verilib ki, nə üçün məktubun birinci bəndi olaraq “Dito Çubinidze və İrma İnaşvili kimi tərəfdarların” ciddi şübhələr yaratdığını və Kobaxidze-Mdinaradze komandasının maraqlarına böyük zərər vurduğunu yazıblar.

Dito Çubinidzenin bəhsi keçən məqaləsinin respodentinin məqalə dərc edildikdən müəyyən vaxt sonra intihar etdiyini təsadüfən öyrənməsəydim, bütün bu əhvalat, yəqin ki, ictimai şəkildə danışılmazdı…

Həmçinin mənə məlum oldu ki, dünyasını dəyişmiş hüquq müdafiəçisi Lazare Corbenadzenin intiharı ilə bağlı “Asaval-Dasavali” qəzetinin özü açıq şəkildə suallar verir və onun intihar versiyasını şübhə altına alırdı.

Aşağıdakı suala cavab verilməlidir: hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün real səbəbi nə olub?

Bu sualı ictimai şəkildə verirəm, çünki Kobaxidze-Mdinaradze idarəçiliyi dövründə baş vermiş bir çox insanın intihar faktı ilə bağlı ictimaiyyətdə bu günə qədər cavabsız qalmış suallar qalmaqdadır” – İrakli Ğaribaşvilinin məktubunda deyilir.

Oxşar