İrakli Ğaribaşvili – Nino Lasabidze çox böyük təcrübəsi olan layiqli namizəddir, Rustavi və Rustavililərə xidmət edəcəkdir

20:56, 09.08.2021

Rustavi şəhərində biz fərqlənən namizəd seçdik, hansı da Rustavidəndir və Rustavi və Rustavililərin problemlərini, çağırışlarını yaxşı bilir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Rustavidə “Gürcü Arzusunun” Rustavi merliyinə namizədi təqdim edərkən bəyan etdi.

Hökumət başçısının qeyd etdiyinə görə, Nino Lasabidze çox böyük təcrübəsi olan layiqli namizəddir, Rustavi və Rustavililərə xidmət edəcəkdir.

“Biz bütün özünüidarəetmə şəhər və munisipalitetdə layiqli namizədlər seçdik, hansılar da sonuna qədər işləyəcəklər və komadamızı, partiyamızı təmsil edəcəklər əhalimizə sonuna qədər xidmət göstərəcəklər. Rustavi şəhərində biz fərqlənən namizəd seçdik, hansı da Rustavidəndir və Rustavi və Rustavililərin problemlərini, çağırışlarını yaxşı bilir. O, Parlamentin üzvüdür, lakin buna baxmayaraq, qərar verdi ki, Parlamenti tərk etsin və Rustavi və Rustavililərə özü xidmət etsin. Bu, xanım Lasabidzedir. Nino həqiqətən seçilən insandır, dörd uşaq anasıdır. Böyük təcrübəsi olan layiqli namizəddir, Rustavi və Rustavililərə xidmət edəcəkdir”, – Ğaribaşvili bəyan etdi.

 

Oxşar