İrakli Ğaribaşvili NATO-nun Əlaqələr Bürosunun yeni rəhbəri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili NATO-nun Əlaqələr Bürosunun yeni rəhbəri Aleksandr Vinikovla görüşüb.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvili giriş iclasında Aleksandr Vinikovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlu iş arzulayıb. Danışıqlarda NATO-Gürcüstan arasında uğurlu əməkdaşlıq, Gürcüstanın Şimali Atlantika inteqrasiyası yolunda əldə etdiyi irəliləyiş və bu istiqamətdə aparılan və davam edən islahatlar müzakirə olunub.
Şərqi Avropa regionunda təhlükəsizlik mühiti və Ukraynada davam edən hərbi əməliyyatlara xüsusi diqqət yetirilib. Baş nazir beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların tezliklə dayandırılması üçün göstərdiyi səylərin xüsusi əhəmiyyətini bir daha vurğuladı.