İrakli Ğaribaşvili müsəlman həmvətənlərini Qurban Bayramı münasibətilə təbrik edir

16:41, 20.07.2021

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə təbrik edir.

“Müsəlman soydaşlarımızı Qurban Bayramı – sevgi, sədəqə, dəstək və xeyirxahlığın qələbəsi münasibətilə ürəkdən təbrik edirik.

Gürcüstanın müsəlman icması – cəmiyyətimizin ayrılmaz hissəsi, gündəlik işləri və ölkəyə sədaqəti ilə siz vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz.

Bayramınızda və firavanlığınızda sizə qoşuluram, sizə və ailələrinizə mənəvi dinclik və xoşbəxtlik arzulayıram ”- deyilir İrakli Qaribaşvili təbrikində.

Oxşar