İrakli Ğaribaşvili müsəlman həmvətandaşlarını Ramazan ayının gəlişi münasibətilə təbrik edir
İrakli Ğaribaşvili müsəlman həmvətandaşlarını Ramazan ayının gəlişi münasibətilə təbrik edir

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili müsəlman həmvətandaşlarını Ramazan ayının gəlişi münasibətilə təbrik edir.

Bu barədə baş nazirin bəyanatında deyilir.

“Bizim bütün müsəlman həmvətandaşlarımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Ramazan ayının inam və sülhlə başa çatmasını, sizə və ailələrinizə sağlamlıq, sülh və firəvanlıq arzulayıram”, – İrakli Ğaribaşvili bəyan edir.