İrakli Ğaribaşvili – müharibədən keçmiş partnyor ölkə kimi, NATO ilə əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik ki, yekun nəticə üzvlük olacaq

15:09, 15.12.2021

Müharibədən keçmiş partnyor ölkə kimi, NATO ilə əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik ki, yekun nəticə üzvlük olacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.

Hökumət başçısının dediyinə görə, çağırışlarla dolu geosiyasi mühitdə, NATO tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl və qəti dəstəyinin böyük əhəmiyyəti var.

“Yens Stoltenberq ilə məhsuldar görüşüm var idi. Bu gün, çağırışlarla dolu geosiyasi mühitdə, NATO tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl və qəti dəstəyinin böyük əhəmiyyəti var. Müharibədən keçmiş partnyor ölkə kimi, NATO ilə əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik ki, yekun nəticə üzvlük olacaq”, – Ğaribaşvili “tvitterdə” yazır.

Oxşar