İrakli Ğaribaşvili – müəyyən sabitləşmə əlamətləri göründü, lakin bu bizi həvəsləndirməməlidir, rahatlaşmamalıyıq, maska və peyvənd çıxışdır

10:41, 31.08.2021

Müəyyən sabitləşmə əlamətləri göründü, lakin bu bizi həvəsləndirməməlidir və rahatlaşmamalıyıq, bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili jurnalistlərə bəyan etdi.

Ğaribaşvilinin qeyd etdiyinə görə, maska və peyvənd vəziyyətdən çıxışdır ki, iqtisadi artım və ölkənin inkişafı davam etsin.

“Pandemiyaya gəldikdə, müəyyən sabitləşmə əlamətləri göründü, lakin bu bizi həvəsləndirməməlidir, rahatlaşmamalıyıq. Çox səfərbərli, maksimal olaraq vəziyyəti sabitləşdirməliyik. maska və peyvənd vəziyyətdən çıxışdır ki, iqtisadi artım və ölkənin inkişafı davam etsin, vətəndaşlarımızı sonrakı çətinləşmədən qoruyaq. Hər şey idarə olunur və nəzarət altındadır”, – Ğaribaşvili bəyan etdi.

 

Oxşar