İrakli Ğaribaşvili Mtsxeta-Mtianeti bölgəsinin partiya fəalı ilə görüşəcək
İrakli Ğaribaşvili Mtsxeta-Mtianeti bölgəsinin partiya fəalı ilə görüşəcək

“Gürcü arzusu”nun sədri İrakli Ğaribaşvili, partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze və parlament çoxluğunun üzvləri Mtsxeta-Mtianeti bölgəsinin yerli təşkilat rəhbərləri və partiya fəalları ilə görüşəcəklər.

“Gürcü arzusu”nun mətbuat xidmətinin məlumatına görə, görüş sabah saat 13:00-da Mtsxetada keçiriləcək.

İclasda Mtsxeta-Mtianeti bölgəsi üzrə dövlət nümayəndəsi Davit Nozadze iştirak edəcək.

Martın 2-də “Gürcü Arzusu” sədrinin və partiya liderlərinin bölgələrdə görüşləri başlayıb. Acarıstan, Sameqrelo-Zemo Svaneti, Quriya, İmereti, Raça-Leçxum-Kvemo Svaneti və Şida Kartli bölgələrində görüşlər keçirilib.