İrakli Ğaribaşvili – MSK-ya təklif edəcəyik ki, komissiya üzvlərinə peyvənd edək, həmçinin istəyirik ki, namizədlərə vaksinasiya təklif edək ki, “koviddən” müdafiə olunmuş, təhlükəsiz seçkilər keçirək

18:31, 08.08.2021

Aktiv fazaya daxil oluruq, nəzərə almalıyıq ki, qeyd olunan seçkiləri müəyyən standartla keçirək, – bu barədə jurnalistlərə Gürcüstnın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.

Elə onun dediyinə görə, MSK-ya komissiya üzvlərinin və seçkilərə qoşulmuş şəxslərin vaksinasiyasını tıklif edəcəklər. Vaksinasiyanı həmçinin seçkilərdə iştirak edən namizədlərə təklif edəcəklər.

“Biz sabah müəyyən requlasiyalar barəsində müzakirə edəcyik, maksların gəzdirilməsi kimi requlasiyalar barəsində. Özü də, aktiv fazaya daxil oluruq, nəzərə almalıyıq ki, qeyd olunan seçkiləri müəyyən standartla keçirək. Həmçinin, təşəbbüslə çıxış edirəm ki, maksimal olaraq qısa müddətdə, MSK-ya təklif edək ki, komissiya üzvlərinə peyvənd edilsin. Həmçinin istəyirik ki, namizədlərə vaksinasiya təklif edək ki, “Kovidfri”, belə deyək “koviddən” müdafiə olunmuş, təhlükəsiz seçkilər keçirək”, – Ğaribaşvili bəyan etdi.

 

Oxşar